ABŞ Müdafiə Nazirliyi və Niger Respublikasının Milli Müdafiə Nazirliyi bu ölkədən ABŞ qoşunlarının və aktivlərinin çıxarılmasının başa çatdığını elan edib.AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın Afrika Komandanlığının saytında məlumat verilib.“ABŞ və Niger hərbçiləri arasında səmərəli əməkdaşlıq və ünsiyyət qarşılıqlı razılaşdırılmış 15 sentyabr 2024-cü il tarixinə qədər qoşunların çıxarılmasının təhlükəsiz, nizamlı və məsuliyyətli şəkildə başa çatdırılmasını təmin edib” məlumatda qeyd edilib.ABŞ ordusu 10 il ərzində Niger hərbi qüvvələrinə təlim keçib və tərəfdaşlarının regionda İslam Dövlətinə (İD) qarşı həyata keçirdiyi antiterror əməliyyatlarına dəstək verib.ABŞ qoşunlarının Nigerdən çıxarılması prosesi onun şərtləri ilə bağlı qarşılıqlı razılaşmadan sonra mayın 19-da başlayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta