AZ

Finlandiyada İŞİD-də işləməkdə şübhəli bilinən rusiyalı saxlanılıb

Finlandiyada İslam Dövləti  üçün işləməkdə şübhəli bilinən biri rus olmaqla 3 nəfər saxlanılıb.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə “Yle” Finlandiya polisinə istinadənməlumat yayıb.

Qeyd olunur ki, sentyabrın 10-da ölkə vətəndaşı olmayan, lakin yaşayış icazəsi olan 1985, 1987 və 1990-cı il təvəllüdlü kişilər saxlanılıb, sentyabrın 13-də isə həbs ediliblər.

Nəşrin yazdığına görə, rusiyalı Finlandiya hakimiyyətinə Qafqazda doğulduğunu, 2011-ci ildən sonra Finlandiyaya gəldiyini, 2017-ci ildə ona qarşı sənədlərin saxtalaşdırılmasında şübhəli bilinərək iş açıldığını, lakin sonradan ittihamların ləğv edildiyini bildirib.

Bundan əvvəl ABŞ və Kanadanın xüsusi xidmət orqanları Nyu-Yorkdakı yəhudi mərkəzinə İŞİD tərəfdarı olan 20 yaşlı Pakistan vətəndaşı Məhəmməd Şahzeb Xan tərəfindən həyata keçirilməsi nəzərdə tutulan terror aktının qarşısını alıb.

 

Nigar

 

Seçilən
7
1
oxu24.com

2Mənbələr