AZ

“Belarusda oynayanda qapı dirəyinə çırpılmışdım”

Məlum olduğu kimi, 6-cı turda “Kəpəz” səfərdə “Araz-Naxçıvan”a məğlub oldu.

Oyunun sonlarında mübarizə anında rəqib futbolçu ilə toqquşan “Kəpəz”in futbolçusu Yeqor Xvalko xəstəxayana aparıldı. Bəs belaruslu futbolçunun sağlıq durumu necədi?

Xvalkonun “Football-plus.az”a açıqlaması:

“İndi hər şey qaydasındadı. Təcili yardım maşınında özümə gəldim. Sadəcə, müayinədən keçmək lazım idi, ona görə də məni xəstəxanaya apardılar. Belarusda oynayanda qapı dirəyinə çırpılaraq oxşar vəziyyətlə üzləşmişdim. Səhhətim yaxşıdı, ona görə müalicə edəcəyim heç nə yoxdu. Sabah komandanın məşqi var, mən də orada iştirak edəcəm”.


RÖYANƏ OĞUZ
Seçilən
13
football-plus.az

1Mənbələr