AZ

NATO Ukrayna SQ-nin Kurska hücumunu rədd edib

NATO Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində hücumunu qəbul etmir.

Qaziler.az xəbər verir ki, bunu alyansın baş katibi Yens Stoltenberq "Foreign Policy" nəşrinə müsahibəsində bildirib. Eyni zamanda o, hərbi-siyasi blokun Kiyevə görünməmiş yardım göstərdiyinə diqqət çəkib.

“NATO və müttəfiqləri Ukraynaya görünməmiş yardım göstərir. Yardımın 99%-i NATO dövlətlərindən gəlir, biz onlara məsləhət veririk, hazırlayırıq, amma müharibə aparmırıq, Ukrayna silahlı qüvvələrinə komandanlıq etmirik. Ukraynalılar özləri bu cür çətin qərarlar qəbul etməlidirlər”, - baş katib vurğulayıb.

Bununla yanaşı, Stoltenberq hesab edir ki, Ukraynanın Rusiya ərazisində “qanuni hədəfləri” vurmaq hüququ var. Stoltenberqin sözlərinə görə, yekun qərarı silah tədarük edən ölkələr verəcək.

Həmçinin, Alyansın baş katibi Ukraynada sülhün bərqərar olmasının yalnız ölkənin NATO-ya qəbul olunacağı təqdirdə mümkün olacağı fikrini bildirib. Lakin o qeyd edib ki, siyasi blokda bu məsələdə yekdil fikir yoxdur.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
50
qaziler.az

10Mənbələr