AZ

ABŞ dörd Gürcüstan vətəndaşına sanksiya tətbiq edib

ABŞ etiraz aksiyalarına görə, dörd Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq edib.

Medianews.az xəbər verir ki, bu barədə “Civil Georgia” məlumat yayıb.

Bildirilib ki, DİN-in Xüsusi Təyinat Departamentinin rəhbəri Zviad Xarazişvili (Xareba) və onun müavini Mileri Laqazauri ilə yanaşı radikal sağçı şəxslər olan Konstantin Morqoşiya və Zurab Maxaradzeyə sanksiya tətbiq edilib.

“Birləşmiş Ştatlar bu gün Gürcüstanın demokratiyasına və gürcü xalqının insan haqlarına xələl gətirmiş bir sıra Gürcüstan hökumət rəsmiləri və digər şəxslərə qarşı geniş məsuliyyət tədbirləri tətbiq edir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Bayden administrasiyası daha əvvəl qanuna və etirazlara görə “Gürcü Arzusu” üzvlərinə, parlament üzvlərinə, hüquq-mühafizə orqanlarına və özəl vətəndaşlara viza qadağası qoyub.

Seçilən
98
24
medianews.az

10Mənbələr