Beynəlxalq Olimpiya Komitəsi təşkilatın prezidenti vəzifəsinə namizədlərin siyahısını açıqlayıb. BOK-un rəhbəri postu uğrunda 7 nəfər mübarizə aparacaq.
Onları sizə təqdim edirik:
Feysəl ibn Hüseyn (İordaniya)
Sebastyan Koe (Böyük Britaniya)
Kirsti Koventri (Zimbabve)
Juan Antonio Samaranç Jr. (İspaniya)
Yohan Elias (İsveç)
David Lappartient (Fransa)
Morinari Vatanabe (Yaponiya)
Xatırladaq ki, keçən ay BOK-un hazırkı prezidenti Tomas Bax səlahiyyət müddətinin sonunda vəzifəsini tərk edəcəyini açıqlayıb. O, 2013-cü ildən BOK-a rəhbərlik edib.
Təşkilatın yeni rəhbəri üçün seçkilər BOK-un sessiyasında olacaq. Həmin sessiya gələn ilin martına nəzərdə tutulub. Tədbir Afinada baş tutacaq.