AZ

Qəhvə və çayın təhlükəsiz gündəlik qəbulu nə qədər olmalıdır?

Qəhvə və çayın tərkibində insan orqanizmi üçün zəruri olan bir çox bioloji aktiv maddələr var. Lakin onlarla yanaşı, psixomotor funksiyaya təsir edən dünyada ən çox yayılmış stimulyator olan kofein də var.  Rusiyalı doktor Aleksandr Myasnikov sağlamlıqla bağlı öz müəllif proqramında sağlamlığınıza zərər vermədən gündə neçə stəkan kofe və çay içməklə bağlı məsləhətlərini verib.

“Tərkibində kofein olan içkilər asılılıq yarada bilər. Gündə 400 milliqrama qədər kofein faydalıdır”, -həkim Aleksandr Myasnikov bildirib. "Qəhvə və ya çay içən zaman kofeinin ümumi dozası 300-400 milliqram olmalıdır. Bir stəkan çay və ya qəhvədə 50-150 milliqram kofein var. Üç-dörd stəkan qəhvə və ya dörd stəkan çay normadır”, - həkim və teleaparıcı deyib.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
14
ikisahil.az

1Mənbələr