Rumıniyanın Vranca seysmik zonasında 5,2 maqnitudalı zəlzələ olub.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, mənbəyi 140 km dərinlikdə yerləşən zəlzələ ölkənin bir çox yerində, həmçinin, Bolqarıstan, Moldova və Ukraynada hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Bunun 2024-cü ildə Rumıniyada qeydə alınan ən güclü zəlzələ olduğu bildirilir.