AZ

Tokayev Almaniya kansleri ilə mətbuat konfransı keçirməkdən imtina etdi

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev və Almaniya kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilmədən Qazaxıstan tərəfinin təşəbbüsü ilə ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı yazıb.

Buna baxmayaraq, Şolts Tokayevlə görüşdən sonra jurnalistlərlə danışıb. Qazaxstanlı həmkarlarının belə bir addımını nə dərəcədə qonaqpərvər hesab etməsi ilə bağlı sualı cavablandıran kansler qeyd edib ki, “hər halda bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını istərdim. Ona görə də mən burada sizin qarşınızda dayanıram ki, buna kiçik bir töhfə verəcəyəm", - deyə o əlavə edib.

Şolts Astanada Tokayevlə iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə edib.

Seçilən
31
1
bakivaxti.az

2Mənbələr