Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi, Sədərək kənd 1 nömrəli tam orta məktəbdə də Bilik Günü qeyd edilib, yeni tədris ilinin ilk zəngi çalınıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, məktəb kollektivi yeni tədris ilinə digər məktəblilərdən fərqli başlayıblar. Belə ki, müəllim və şagirdlər məktəbə uzaq məsafələrdən avtomobillə yox, velosipedlərlə gəliblər.
Sağlam həyat tərzini hər şeydən üstün tutan kollektiv bu nümunəvi hərəkətləri ilə təbiətin dostu olmağın mesajını verməklə yanaşı “Yaşıl Dünya Naminə Həmrəylik İli”nə də özünəmxsus töhfələrini veriblər.