Bu ilin 7 ayı ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində istehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarına nəzarət və təbii inhisarların fəaliyyəti ilə əlaqədar 4 min 550 istehlakçı müraciətinə baxılmışdır. Şikayətlərin 53,2 faizi qeyri-qida, 5 faizi qida, 39,6 faizi xidmət, 1,9 faizi dərman vasitələri və tibbi avadanlıqlar, 0,3 faizi isə digər sahələrlə bağlı olub.
Dövlət Xidmətindən “XQ”yə bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində pozuntu hallarının qarşısının alınması və vətəndaş müraciətlərinə çevik şəkildə baxılması istiqamətində fəaliyyətini davam etdirir.