Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti hərrac yolu ilə 108 əmlak satıb.

İndex.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur.

8 ay ərzində hərraclardan xüsusi hesaba daxilolmalar isə ötən ilin eyni dövrü ilə müqayisədə 96,3 % artıb.