AZ

Bu kreditlərin yarıya qədərini dövlət ödəyəcək

"Azərbaycan Prezidenti İlham Əliyev hərbiçilərimizə verilən ipoteka kreditlərinə dövlət maliyyə dəstəyinin verilməsi ilə bağlı fərman imzalayıb. Həmin fərmana əsasən, hərbiçilərimizə verilən ipoteka kreditlərinə güzəştlər, maliyyə dəstəyi həyata keçiriləcək".

Valyuta.az xəbər verir ki, bunu Baku.ws-ə açıqlamasında 6-cı çağırış Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu zaman ilkin ödəniş üzrə maksimum məbləğin 15 faizdən çox olmamaq şərti ilə, digər ödənişlərdə isə 50 faizdən çox olmamaq şərti ilə maliyyə dəstəyinin həyata keçirilməsi reallaşacaq:

"Beş il hərbi qulluq keçmiş və fərmanda qeyd olunan ali məktəbləri bitirmiş hərbçilərimiz ipoteka krediti götürdükdən sonra onların ödənişlərini, eləcə də kredit məbləğinin bir hissəsi dövlət tərəfindən qarşılanacaq, bağlanacaq və dövlət həmin vətəndaşlarımızın ipoteka ödənişlərinin bir hissəsini üzərinə götürəcək.Bu, həmin hərbçilərimizin mənzil şəraitinin yaxşılaşdırılması və sosi gücləndirilməsi baxımından çox vacibdir.

İpoteka kreditlərinin 15 ildən çox olması lazımdır. Eyni zamanda hərbi qulluqçularımız ölkədaxili hərbi ali məktəblərinin məzunu olması bitirilməsi, eyni zamanda xaricdə təhsil alıbsa, buna uyğun olaraq da məhz hərbi hərbçi kimi fəaliyyət həyata keçirdikdən sonra maliyyə dəstəyi üçün müraciət edə bilər.

Bu zaman Elektron ipoteka sistemindən istifadə etməklə müraciət həyata keçiriləcək və praktiki olaraq bu imkan verəcək ki, hərbçilərimiz götürdükləri ipoteka kreditləri üzrə vəsaitin bir hissəsinin dövlət tərəfindən ödənilməsinə nail ola bilsinlər. Bu təbii ki, dövlətin həmin kreditlər üzrə dəstəyini nümayiş etdirilməsi və həmin kreditlərin bir hissəsinin dövlət maliyyə vəsaiti hesabına qarşılanmasına imkan verəcək. Bununla bağlı sosial hesabında vəsaitin saxlanması və müraciətlər əsasında vəsaitin ödənilməsi nəzərdə tutulur.

Birmənalı şəkildə bu, hərbçilərimizin sosial təminatının yaxşılaşdırılmasına xidmət edəcək və ərazi bütövlüyünü və suverenliyini müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə tam bərpa edən hərbçilərimiz artıq həm də yeni fərmanla məhz ipoteka kreditləri üzrə maliyyə dəstəyindən də faydalana biləcəklər. Təbii ki, hərbçilərimizə olan dövlət dəstəyinin genişləndirilməsi və fərqli istiqamətlər üzrə dövlət, maliyyə və sosial dəstəyin nümayiş etdirilməsi anlamına gəlir".

Seçilən
280
36
valyuta.az

10Mənbələr