Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi və Yasamal rayonları ərazisində ümumilikdə dörd ünvanda vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Hafta.az FHN-ə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar. Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3-ü azyaşlı olmaqla 5 nəfər xilas edilib.