AZ

Rusiyada saxlanılan tanınmış vəkil Elman Paşayevin nədə ittiham edildiyi məlum olub - VİDEO - YENİLƏNİB

Rusiyada saxlanılan azərbaycanlı hüquqşünas Elman Paşayevin nədə ittiham edildiyi məlum olub.

APA-nın Moskva müxbiri Rusiya KİV-ə istinadən xəbər verir ki, keçmiş vəkil 46 milyon rubl (500 min ABŞ dolları) mənimsəməkdə və dələduzluqda ittiham olunur.

Bildirilib ki, Elman Paşayev vergidən yayınma işi üzrə bloger Yelena Blinovskaya və onun həyat yoldaşı Aleksey Blinovskayanı cinayət məsuliyyətindən azad etmək adı ilə adı qeyd olunan şəxslərdən 46 milyon rubldan çox pul alıb.

Qeyd edək ki, bu gün Rusiyanın Hərbi İstintaq Komitəsi Paşayevin saxlanılması barədə məlumat yayıb.

Fərid Əkbərov

***

08:55

Rusiyada keçmiş vəkil Elman Paşayev barəsində cinayət işi açılıb.

APA xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Məlumatda deyilir ki, azərbaycanlı sabiq vəkil saxlanılıb.

Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə iş açılıb. İstintaqın məlumatına görə, 2024-cü ilin fevralında Paşayev iş adamı Aleksey Blinovskini inandırıb ki, külli miqdarda pul müqabilində onu və həyat yoldaşı Yelena Blinovskayanı cinayət məsuliyyətindən azad edə bilər.

Razılaşma əldə olunandan sonra Paşayev Blinovskidən külli miqdarda pul alıb.

Elman Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.

Keçmiş vəkilin ittiham olunduğu maddə üzrə 1 milyon rubl həcmində cərimə olunmaqla, 10 ilə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.

Seçilən
188
26
apa.az

10Mənbələr