AZ

“AFB BANK” şəbəkə avadanlıqları üçün “Smart Net” lisenziyaları alır

(®) “AFB BANK” Açıq Səhmdar Cəmiyyəti TENDER ELAN EDİR (Müddətin uzadılması)

Tenderin adı: “Cisco” şəbəkə avadanlıqları üçün “Smart Net” lisenziyaların alışı (müddətin uzadılması )

Tenderin elan tarixi: 05.09.2024

Tenderin son tarixi : 02.10.2024

23.09.2024 tarixinə kimi tenderdə iştirak yazılı olaraq təsdiq edilməlidir.

02.10.2024 tarixinə kimi qiymət təklifləri göndərilməlidir.

Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:

- Tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)

- İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;

- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış

- Tender təklifi 02.11.2024 tarixinə kimi  qüvvədə olmalıdır;

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:    

- Optimal qiymət təklifi;

- Texniki göstəricilərə uyğunluq;

- Sənədləşmənin tələb olunan qaydada təşkili;

- Sifarişin vaxtında və düzgün qaydada çatdırılması;

Tenderdə iştirak etmək istəyən  şirkətlər iştirak ərizəsini tələb edilən sənədlər ilə birlikdə   23.09.2024-cü il -tarixinə kimi   poçt vasitəsilə  (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466  ) ünvanına  İlkanə Mütəllimova adına göndərməlidir.Tenderdə iştirakı təsdiq edilən şirkətlərə ikinci mərhələdə əsas şərtlər toplusu göndəriləcək. Yaranacaq suallarla bağlı  e-mail  vasitəsi ilə ( [email protected]  ) müraciət edə və yaxud İlkanə Mütəllimova (050 290 58 84 )  ilə əlaqə saxlaya bilərsiniz.

Seçilən
66
7
marja.az

3Mənbələr