"Növbəti ilin büdcəsində büdcə gəlirlərinin 282 milyon, büdcə xərclərinin isə 138 milyon manat artırılması planlaşdırılır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, bu, büdcə gəlir və xərclərinin növbəti ildə indiyə qədər olan büdcələrdən daha böyük olması anlamına gəlir:
“Təqdim olunan büdcə layihələri sənədlərində növbəti 3 il ərzində büdcə xərclərində çox az artım tempinin olacağı gözlənilir ki, bu da ölkədə baş verən inflyasiyanın cilovlanması ilə bağlı monetar, fiskla siyasət, bütövlükdə, əhalinin bahalaşmadan əziyyət çəkməməsi baxımından büdcə xərclərinin inflyasiya spiralı yaratmaması səbəbindən irəli gəlir.
Ölkəmizdə digər mühüm məsələ məşğulluğun artırılması, iqtisadi aktivliklə bağlı həyata keçirilən tədbirlərdir. İstənilən halda dövlət xərclərinin böyük şəkildə artmasına imkan verməmək kimi doğru iqtisadi siyasət yürüdülür".