Bakı, 27 noyabr, AZƏRTAC
Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsinin müzakirəsi tarixi bir hadisədir.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə “Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi barədə danışarkən deyib.
Komitə sədri bildirib ki, Ağdərənin işğaldan azad edilməsi xalq və dövlət olaraq növbəti uğurumuzdur. “Ağdərə rayonunun yenidən yaradılması tarixi ədalətin təntənəsidir. 2026-cı ilə qədər 140 min insan doğma yurduna qayıdacaq. Azad edilən ərazilərdə bərpa-quruculuq işləri bu gün də sürətlə davam edir”, - deyə o bildirib.