AZ

Rusiya KİV-lərinə "İnstagram" və "Facebook" qadağan edildi

“Facebook” və “İnstagram”ın sahibi olan “Meta” bildirib ki, xarici müdaxilə fəaliyyətləri nümayiş etdirdiyi üçün bəzi Rusiya KİV-lərinə öz platformalarından istifadə etməyi qadağan edib.   Manset.az bu barədə xarici mediya istinadən xəbər verir. Məlumata görə, "Rossiya Seqodnya” xəbər agentliyi və "RT" dövlət kanalı da bu siyahıya daxil edilib. Bəyanatın mətnində deyilir: "Diqqətlə nəzərdən keçirdikdən sonra biz Rusiyanın dövlət media orqanlarına qarşı davam edən sanksiyalarımızı genişləndirdik. "Rossiya Seqodnya", "RT" və onların filiallarına xarici müdaxilə fəaliyyətlərinə görə tətbiqlərimiz qlobal şəkildə qadağan edilib".

Xatırladaq ki, ABŞ Ədliyyə Nazirliyi sentyabrın 4-də verdiyi bəyanatda Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını, o cümlədən "RT"ni noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib və bu Rusiyaya qarşı bu çərçivədə sanksiyalar tətbiq edib.

Seçilən
119
2
manset.az

10Mənbələr