AZ

1 milyon ölü və yaralı: Rusiya və Ukraynanı demoqrafik fəlakət gözləyir

2,5 il davam edən müharibədə ölən və ya yaralanan ukraynalıların və rusların sayı təxminən 1 milyona çatıb. Eyni zamanda, mülki əhalinin sayı hələ də naməlum olaraq qalır, çünki “Human Rights Watch” təşkilatının məlumatına görə, təkcə Mariupolun Rusiya tərəfindən tutulması zamanı 8000-dən çox insan həlak olub.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Qeyd edilib ki, ilin əvvəlində Ukraynanın məxfi hesablamalarına görə, ölən Ukrayna əsgərlərinin sayı 80 min, yaralıların sayı isə 400 mindir.

Hökumətin və demoqrafların hesablamalarına görə, Ukrayna Rusiyanın son 10 ildəki işğalı nəticəsində ən azı 10 milyon insan itirib.

Nəşr yazır ki, Putin uzun müddətdir ki, Rusiyanın xroniki demoqrafik tənəzzülünün həllini prioritet elan edib və bundan sonra Kreml uşaqları oğurlamaq və ukraynalılara Rusiya pasportlarının verilməsi də daxil olmaqla, ələ keçirilmiş olunmuş əraziləri ruslaşdırmaq kampaniyasına başlayıb. Putin Ukrayna kimliyini və dövlətçiliyini inkar edir və ukraynalıların rus millətinin bir hissəsi olduğunu iddia edir.

Müharibə Rusiya Federasiyasının daxili demoqrafiyasına və əmək bazarına dağıdıcı təsir göstərib. Genişmiqyaslı işğal başlayandan bəri 600 mindən çox rus ölkəni tərk edib. Bunlar əsasən başqa ölkələrə köçüb yeni həyata başlamağa imkanı olan gənc mütəxəssislərdir.

Seçilən
5
1
publika.az

2Mənbələr