AZ

Trampa sui-qəsd təşkil edən şəxs Putini də öldürmək istəyib

ABŞ-nin keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd təşkil etməkdə şübhəli bilinən Rayan Uesli Rout bir dəfə Rusiya dövlət başçısı Vladimir Putin və Şimali Koreya plideri Kim Çen Inı öldürməklə hədələyib. 

Missiya.Az “The Wall Street Journal”a istinadən xəbər verir ki, bu barədə 2022-ci ildə Routla Kiyevdə tanış olan amerikalı Çelsi Uolş məlumat verib.

“Ryan Rout Trampı tənqid etdi və Putini öldürməklə hədələdi, bu da Ukraynaya yardım səylərində iştirak edənlər arasında təşviş yaratdı”, - deyə o vurğulayıb.

Ukraynadan ABŞ-yə qayıtdıqdan sonra Çelsi Uolş Gömrük və Sərhəd Mühafizəsi ilə əlaqə saxlayıb, Rout, o cümlədən təhlükəli hesab etdiyi digər insanlar haqqında məlumat verib. O, Ryan Routu "yırtıcı" və "anti-sosial" davranışa sahib biri kimi təsvir edib. 

Rout Trampın Ukrayna münaqişəsini həll etmək üçün Putinlə sövdələşmə niyyətini tənqid edib və bildirib ki, Vaşinqton Kiyevə hərbi yardımı davam etdirməlidir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
101
50
missiya.az

10Mənbələr