AZ

CBC-nin Urmiya gölünə həsr olunan filmi Xorvatiyada nümayiş etdiriləcək

CBC-nin

Bakı, 17 sentyabr, AZƏRTAC

CBC telekanalının istehsalı olan “Doğma sahillər” sənədli filmi Smaraqdni Ekoloji Film Festivalının (SEFF) ekoloji mövzular müsabiqəsində nümayiş olunacaq.

Bu barədə AZƏRTAC-a telekanaldan məlumat verilib.

Bildirilib ki, unikal film festivalı artıq 17 ildir keçirilir. Dünya ekofəallarını bir araya gətirən tədbirdə nümayiş olunan filmlər ekoloji maarifləndirməni artırmaq və ekovandalizmin qarşısını almaq məqsədi daşıyır. Festival sentyabrın 25-29-da Xorvatiyanın Duqa-Resa şəhərində keçiriləcək.

Sənədli filmin bu qədər maraq doğuracağı və Smaraqdni Ekoloji Film Festivalında nümayiş ediləcəyi CBC telekanalı üçün də gözlənilməz olub.

“Doğma sahillər” sənədli filmi vaxtilə Yaxın Şərqin ən böyük gölü olan, İranın etnik azərbaycanlıların yaşadığı vilayətində yerləşən Urmiya gölünün quruması ilə yaranan ekoloji fəlakətə həsr edilib. Film Urmiya gölünün qurumasının ekosistemə, yerli əhalinin sağlamlığına və bölgənin mədəniyyətinə dağıdıcı təsirlərindən bəhs edir. Su səthinin 95 faizini itirmiş Urmiya gölünün quruma problemi təkcə bu bölgə üçün deyil, bütün dünya üçün vacib ekoloji və sosial məsələdir.

Sənədli filmi bu linkə keçid edərək izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=JoqCLbb93ug

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
4
azertag.az

5Mənbələr