AZ

Nigeriyada daşqınlar nəticəsində 269 adam həyatını itirib

Nigeriyada yağan aramsız yağışların səbəb olduğu daşqınlar nəticəsində 269 nəfər həyatını itirib.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Nigeriya nümayəndəsi Arjun Jain məlumat verib.

Jain Nigeriyada son həftələrdə yağan leysan yağışların 30 əyalətdə ciddi fəsadlara səbəb olduğunu bildirib.

"Hökumətin məlumatına görə, 1 milyondan çox insan aramsız yağışlardan zərər çəkib. 269 nəfər faciəvi şəkildə həyatını itirib, 640 mindən çox insan isə məcburi köçkün vəziyyətinə düşüb'',-deyə Arjun Jain qeyd edib.

Jain Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının və tərəfdaşlarının daşqınlar nəticəsində evləri dağılanlara yardım etməyə davam etdiyini bildirib.

BMT rəsmisi dağıdıcı daşqınların illərlə davam edən qida çatışmazlığı və iqtisadi çətinlikləri daha da pisləşdirdiyini vurğulayıb.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Nigeriyada 3,6 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Nigeriya təxminən 100 min köçkünə və qaçqına ev sahibliyi edir.



Seçilən
153
50
trt.net.tr

10Mənbələr