AZ

Azərbaycan Mərkəzi Bankı işçilər axtarır - VAKANSİYALAR

Mərkəzi Bank

Böyük mütəxəssis (İT layihə meneceri)

Son tarix 17 okt 2024 - [email protected]

Strategiya və layihə idarəetməsi departamenti, Layihə idarəetməsi şöbəsi – Böyük mütəxəssis (İT layihə meneceri)

ƏSAS VƏZİFƏ  FUNKSİYALARI:

  • Layihənin idarə edilməsi üzrə metodoloji rəhbərliyi formalaşdırır və yeni çağırışlara uyğunluğunu təmin edir;
  • İT layihələrin idarə edilməsi üzrə yeni yanaşmaların, o cümlədən layihələrin idarə edilməsi sisteminin tətbiq edilməsini təşkil edir; 
  • Biznes tələblərinin analizi və təsdiqlənmiş tələblər üzərindən texniki tapşıqların hazırlanmasında iştirak edir;
  • Layihə üzrə maraqlı tərəflərdən toplanmış tələblərin dəyərləndirilməsində iştirak edir;
  • İT layihələrin planlaşdırılması, idarə edilməsi və koordinasiyasını həyata keçirir;
  • Layihə nəticələrinin keyfiyyətini və etibarlılığını təmin etmək üçün test strategiyalarının hazırlanmasında iştirak edir;
  • Test hallarını, ssenariləri və keyfiyyət meyarlarını müəyyən etmək üçün test komandaları ilə koordinasiyalı fəaliyyət göstərir;
  • İnteqrasiya testi, istifadəçi qəbulu testi (UAT) və performans testi və s. daxil olmaqla test fəaliyyətlərinin icrasına nəzarət edir;
  • Layihənin bütün keyfiyyət və performans meyarlarına cavab verdiyinə əmin olmaq üçün test nəticələrini nəzərdən keçirir və təsdiqləyir;
  • Layihələrin layihə planına uyğun icrasına nəzarəti, monitorinq və hesabatlığını həyata keçirir; 
  • Layihələr üzrə dəyişiklik tələbləri, eləcə də risklərin idarə edilməsini həyata keçirir;
  • Layihə komandalarına metodoloji dəstək göstərir və layihə idarəetməsi üzrə təlimlər həyata keçirir;
  • Layihənin düzgün icrasını təmin etmək üçün daxili şöbələr, xarici təchizatçılar və maraqlı tərəflərlə əlaqə saxlamaq;
  • Layihələrin yekunlaşması prosesini idarə edir və layihə yekunlarının rəhbərliyə təqdim edilməsini təmin edir; 

TƏLƏB  OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

  • Layihələrin idarəolunması
  • Strateji planlaşdırma 
  • Analitik təhlil etmə 
  • Maliyyə sektoru üzrə biliklər 
  • Təşkilatçılıq və planlaşdırma 
  • Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Araşdırma aparma
  • Vaxtın idarəedilməsi bacarığı
  • Qərar qəbul etmə bacarığı;

DİGƏR TƏLƏBLƏR:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - yüksək səviyyədə 
  • Təcrübə - Müvafiq sahədə ən azı 4 il 
  • Təhsil - Müvafiq sahədə (idarəetmə, iqtisadiyyat, tətbiqi riyaziyyat, informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik və s. əlaqəli ixtisaslar üzrə) ali təhsil
  • Kompüter bacarıqları - MS Office (word, excel, ppt, project, visio), Jira yüksək səviyyədə
  • Sertifikatlar - Layihə idarəetməsi üzrə beynəlxalq sertifikasiya (PMP, PMI-ACP, PMİ- PBA, İTİL və digər sertifikasiya) mütləqdir.

 

Şöbə rəisi

 Son tarix 17 okt 2024 [email protected]

İnformasiya və kibertəhlükəsizlik departamenti, İnformasiya və kibertəhlükəsizlik siyasəti və nəzarəti şöbəsi – Şöbə rəisi

ƏSAS VƏZİFƏ  FUNKSİYALARI:

  • İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsi üzrə baş verən yenilikləri daim izləyir, bu yeniliklərin Mərkəzi Bankda tətbiqi imkanlarını müəyyən edir və müvafiq təklifləri formalaşdırır;
  • İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin inkişafı strategiyasını hazırlayır və icrasını təşkil edir
  • Mərkəzi Bankda informasiya təhlükəsizliyi tədbirlərinin qabaqcıl təcrübəyə və beynəlxalq standartlara uyğunlaşdırılması üzrə normativ-metodoloji sənədlərin hazırlanması və təkmilləşdirilməsi işini təşkil edir;
  • İnformasiya təhlükəsizliyi idaəretmə sistemi (İTİS) üzrə nəzarəti həyata keçirir və sistemin beynəlxalq standartların tələblərinə uyğun təkmilləşdirilməsini təmin edir;
  • İnformasiya sistemlərində həyata keçirilən dəyişikliklərin informasiya təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsini və icrasına müvafiq nəzarəti həyata keçirir;
  • Mərkəzi Bankın nəzarət subyektlərində informasiya təhlükəsizliyinin təmin edilməsinə dair minimum tələbləri müvafiq struktur bölmələrlə birgə formalaşdırır;
  • Mərkəzi Bankın nəzarət subyektlərində həyata keçirilən yoxlama prosesində iştirak edir, informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərinin hüquqi aktların tələbləri çərçivəsində idarə edilməsinin effektivliyinin yoxlanılması üzrə fəaliyyəti icra edir;
  • Əməliyyat risklərinin qiymətləndirilməsi prosesi çərçivəsində informasiya təhlükəsizliyi risklərini qiymətləndirir və cavab tədbirlərini formalaşdırır;
  • İnformasiya sistemlərinin illik yoxlama planlarını resurs sahibləri ilə razılaşdıraraq hazırlayır və məsul şəxsləri təyin edir;
  • Mərkəzi Bankda informasiya və digər əlaqəli aktivlərin inventarizasiya prosesinin effektiv aparılmasına nəzarəti həyata keçirir;
  • Mərkəzi Bankda informasiya sistemlərinə giriş icazələrinin idarə olunması və nəzarətin həyata keçirilməsi fəaliyyətini təmin edir;
  • Həssas informasiyanın icazəsiz kənara sızmasının qarşısının alınması üzrə kompleks tədbirlərin icrasında iştirak edir;
  • İnformasiya təhlükəsizliyi sistemlərinin tətbiqi proseslərini planlaşdırır və layihələri Mərkəzi Bankın korporativ layihə idarəetmə konsepsiyasına uyğun olaraq həyata keçirir;
  • Müxtəlif mənbələrdən (daxili və xarici sistemlərdən) məlumatların inteqrasiyasını təmin edilməsi işində iştirak edir;
  • Məlumatların birləşdirilməsi üçün tətbiq proqramlaşdırma interfeysi (APİ) və digər inteqrasiya vasitələrinin inkişafı və idarə olunmasını təmin edir;
  • Daxil olan və xaric olan məlumat axınının emalı (stream processing) və real vaxt analitikası (real-time analytics) texnologiyalarını monitoring və idarə edir;
  • Məlumat axınlarının və sistemlərinin fasiləsiz işləməsini təmin etmək üçün monitorinq alətlərini tətbiq edir
  • Məlumat infrastrukturunun davamlı işləməsi üçün texniki dəstək göstərir və problemləri operativ həll edir;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq fəaliyyət istiqamətləri üzrə digər işləri yerinə yetirir
     

TƏLƏB  OLUNAN BİLİKLƏR VƏ BACARIQLAR:

  • Məlumatların tamlığının monitorinq edilməsi
  • Səlahiyyətli giriş hüquqlarına nəzarət 
  • Məlumat bazalarının təhlükəsizliyinin təmin edilməsi
  • Məlumat sızıntısının qarşısının alınması
  • Zəifliklərin aşkar edilməsi sistemləri ilə iş təcrübəsi
  • Ünsiyyətqurma və komanda ilə işləmək və liderlik bacarığı; 
  • Analitik düşünmə bacarığı;
  • Problemləri həll etmə, qərar qəbul etmə və hesabat tərtib etmə bacarığı;

DİGƏR TƏLƏBLƏR:

  • Dil bacarıqları - Azərbaycan dili - yüksək səviyyədə  / İngilis dili - yaxşı səviyyədə 
  • Təcrübə - İnformasiya texnologiyaları və infrastrukturu sahələrində 4 illik iş təcrübəsi  
  • Təhsil - Ali təhsil (İnformasiya texnologiyaları, Kompüter elmləri və mühəndisliyi və ya Tətbiqi riyaziyyat üzrə) tələb edilir.
  • Kompüter bacarıqları - MS Office proqramları, xüsusilə MS Word, MS Excel və MS Power Point

Şöbə rəisi (Maliyyə sabitliyinin təhlili üzrə)

 Son tarix 17 okt 2024 

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə və maliyyə institutlarının dayanıqlığına təhdid yaradan risklərin identifikasiyası, onların təhlili, qiymətləndirilməsi, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması; 
  • Sistem böhranları üzrə ilkin xəbərdarlıq göstəricilərinin müəyyən edilməsi və sistem risklərinin təhlili çərçivəsinin formalaşdırılması; 
  • Makroprudensial alətlərin tətbiqi ilə bağlı qiymətləndirmələr aparılması və makroprudensial siyasətin formalaşdırılması;
  • Sistem əhəmiyyətli maliyyə institutlarının siyahısının müəyyən edilməsi;
  • Maliyyə institutlar üzrə şəbəkə əlaqələri, konsentrasiya, müştərək və yoluxma risklərinin müəyyənləşdirilməsi və təhlili;
  • Maliyyə institutları üzrə tənzimləmə çərçivəsinin təkmilləşdirilməsinə dair aidiyyəti departamentlərə təkliflər formalaşdırılması;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi üzrə materialların hazırlanması;
  • Maliyyə sabitliyi hesabatı və digər analitik hesabatların hazırlanması;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;

Texniki biliklər

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Makroiqtisadiyyat – yüksək səviyyədə
  • Maliyyə sabitliyi – yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
  • Təcrübə: Maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 4 illik iş təcrübəsi.
  • Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarə edilməsi);
  • Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
  • Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər  peşəkar sertifikatlar üstünlükdür.

Müraciət üçün son tarix: 06.10.2024

Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106 

 

Şöbə rəisi (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə)

 Son tarix 17 okt 2024 

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
  • Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
  • Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
  • Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
  • Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;

Texniki biliklər

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Risk təhlili – yüksək səviyyədə
  • Maliyyə sabitliyi – yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
  • Təcrübə: maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda 4 illik iş təcrübəsi.
  • Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarə edilməsi);
  • Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
  • Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər  peşəkar sertifikatlar üstünlükdür.

Müraciət üçün son tarix: 06.10.2024

Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106 

 

İqtisadçı (Makro-maliyyə risklərinin modelləşdirilməsi üzrə)

 Son tarix 17 okt 2024 

Vəzifənin funksiyaları:

  • Maliyyə sabitliyinə təhdid yaradan risklərinin identifikasiyası, onların təhlili, monitorinqinin təşkili və neytrallaşdırılması ilə bağlı təkliflərin hazırlanması;
  • Maliyyə bazarları üzrə sistem risklərini qiymətləndirir, makroiqtisadi və xarici şokların maliyyə sabitliyinə təsirini qiymətləndirmək üçün müxtəlif parametrli makromaliyyə modellərini formalaşdırılması;
  • Maliyyə bazarları üzrə kredit, likvidlik, bazar, əməliyyat və digər riskləri kəmiyyət əsasında qiymətləndirilməsi;
  • Maliyyə institutlarının dayanıqlığını qiymətləndirmək üçün stress-testlər (“topdown”) və müxtəlif simulyasiyalar həyata keçirilməsi;
  • Maliyyə sabitiyi üzrə analitik qiymətləndirmələr, stress-testlər və simulyasiyalara dair dövri hesabatlar hazırlayır;
  • Maliyyə bazarları üzrə əsas göstəricilərin proqnozlaşdırılmasını təmin edilməsi;
  • Pul siyasəti və Maliyyə Sabitliyi Komitəsi və Maliyyə sabitliyi hesabatı üzrə materialların hazırlanmasında iştirak;
  • Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması və təkliflərin hazırlanması;

Texniki biliklər

  • Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun – yüksək səviyyədə
  • Ümumi iqtisadiyyat və bankçılıq – yüksək səviyyədə
  • Maliyyə – yüksək səviyyədə
  • Risk təhlili – yüksək səviyyədə
  • Maliyyə sabitliyi – yüksək səviyyədə
  • Maliyyə sistemi, maliyyə bazarları və alətləri – yüksək səviyyədə
  • Təcrübə: Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda müvafiq istiqamət üzrə 1 illik iş təcrübəsi.
  • Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarəedilməsi);
  • Dil bacarığı: Səlis azərbaycan, yüksək səviyyədə ingilis dili bacarığı;
  • Kompüter bacarıqları: MS Office proqramları (xüsusilə MS Excel);
  • Sertifikatlar: CFA, ACCA, CİMA, və ya analoji sahədə digər  peşəkar sertifikatlar üstünlükdür.

Müraciət üçün son tarix: 06.10.2024

Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106 

 

Mütəxəssis (Maliyyə məlumatlılığı və peşəkar inkişaf)

 Son tarix 17 okt 2024 

Vəzifənin funksiyaları:

  • Maliyyə sektorunda Peşəkar Sertifikatlaşdırma çərçivəsinin (PSC) müəyyənləşdirilməsi və Peşə Mütəxəssisləri (PM) üçün təhsil, imtahan və sertifikatlaşdırma tələblərinin və müvafiq qiymətləndirmə alətlərinin hazırlanması​nda iştirak edir;
  • Yüksək riskli sahələrə xüsusi diqqət yetirməklə PSC-yə uyğunluğun təmin edilməsi​ prosesində iştirak edir;
  • PSC-yə uyğun olaraq yerli təhsil müəssisələri və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıqa dair​ üçün təklif hazırlayır;
  • Peşəkar Sertifikatlaşdırma Çərçivəsinin hazırlanmasına dair yerli və xarici təhsil və sertifikatlaşdırma qurumları ilə əməkdaşlığın yaradılmasında iştirak edir;
  • Müxtəlif hədəf qruplarına (media nümayəndələri, geniş əhali, uşaqlar, yaşlılar, tələbələr və s.) yönəlmiş ictimai-maarifləndirici tədbirləri təşkil edir; 
  • Şöbənin funksiyalarına aid müxtəlif hesabatların, təqdimatların hazırlanmasında iştirak edir; 
  • Şöbənin funksiyaları daxilində müvafiq daxili və xarici yazışmaları həyata keçirir.

Texniki biliklər

  • Ümumi iqtisadiyyat və maliyyə anlayışı 
  • Təqdimat və yazı bacarığı
  • Təcrübə: İqtisadiyyat, təhsil və müxtəlif layihələrin idarə edilməsi sahəsində ən azı 2 illik iş təcrübəsi;
  • Təhsil: Ali təhsil(iqtisadiyyat/maliyyə//biznesin idarəedilməsi);
  • Dil bacarığı: Azərbaycan dili-səlis, ingilis dili- yüksək, rus dili - orta;
  • Kompüter bacarıqları: MS Office proqramları – yaxşı səviyyədə

Müraciət üçün son tarix: 06.10.2024

Müraciət linki: https://www.cbar.az/hr/f?p=100:106 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
1
fed.az

2Mənbələr