AZ

Azərbaycan və Braziliya aqrar əməkdaşlıqda yeni səviyyəyə addımlayır: Memorandum imzalandı

Braziliya səfəri çərçivəsində nazir Məcnun Məmmədov ikitərəfli görüşlər keçirib

Fins.az xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov Braziliyanın Kuyaba şəhərində “Böyük iyirmilik” (G20) ölkələrinin Kənd Təsərrüfatı Nazirlərinin Toplantısı çərçivəsində ikitərəfli görüşlər keçirib. Nazir Məcnun Məmmədov əvvəlcə Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Braziliya arasında aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının yaradılması, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, aqrar sahədə ən müasir texnologiyaların transferi, heyvandarlıq sahələrində əməkdaşlığın gücləndirilməsi, aqrar sektorda elmi-tədqiqat sahəsində təcrübə proqramlarının həyata keçirilmə məsələləri müzakirə olunub.

İkitərəfli görüş zamanı Azərbaycan və Braziliya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Braziliyanın kənd təsərrüfatı və heyvandarlıq naziri Karlos Favaro imzalayıb.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı sahəsində elmi və texnoloji yeniliklərin mübadiləsi, aqrar sahədə təlim və seminarların təşkili, aqrar tədqiqat, kənd təsərrüfatı infrastrukturunun inkişafı, ticarət missiyalarının təşkili, özəl sektorun işgüzar tədbirlərə cəlb olunmasının təşviqi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, Braziliyaya səfər çərçivəsində Nazir Məcnun Məmmədov tədbirdə iştirak edən ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb. Görüşlərdə ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində birgə İşçi Qrupun yaradılmasının əhəmiyyətinə toxunulub, İşçi Qrupun fəaliyyətinin aqrar sahədə əməkdaşlığa töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüşlər zamanı kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Tərəflər kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını, bu formatda görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar.


Zemfira Ms
Fins.az

Seçilən
6
7
fins.az

9Mənbələr