AZ

Elgizə SƏRT SÖZLƏR: “Sənin villan var, kef edirsən, amma mən…”

“Bu gün ancaq müğənniləri hədəf göstərib onları tənqid edirlər. Amma günah tək onlarda deyil, millətin özündə də avamlıq var, insanlar bir-biri ilə bəhsə girirlər ki, mən pul verib toyuma filankəsi çağıracağam”.

Bu sözləri yenisabah.az-a tanınmış televiziya eksperti, jurnalist Anar Vəziroğlu deyib.

Şou əhlindən danışan ekspert onları tənqid atəşinə tutub:

“Bu yaxınlarda bir müğənni dostumuz çırpıldı. Nəyə görə? Fonoqram oxuduğu üçün. Bunların çoxu belədir, pulu alıb gedib fonoqram oxuyurlar.

Axı siz gedib 1 saat məclisdə nə iş görürsünüz ki, 10-15 min manat pul tələb edirsiniz?! Siz kimsiniz? Belə şey olarmı?

Bəzən gedib əsgərlərin qabağında oxuyurlar, sosial şəbəkələrdə paylaşıb özlərini göstərirlər. Elə bilirsiniz bu içlərindən gəlir? Xeyr! Hamısı göstəriş üçündür ki, sabah fəxri ad alsınlar. Vicdan haqqı, bunlarda o ürək yoxdur. Biri çıxıb deməz ki, mən xalqı düşünürəm, əvvəl 10 minə gedirdim, indi 2 minə gedəcəyəm. Bunun üçün ürək lazımdır, o ürək də şou-biznes əhlində yoxdur. Nəfs onlarda daha öndədir.

Məşhur olmaq nümunəvi olmaq demək deyil. Özünüz gördünüz ən bərk gedən məşhur şou əhli də baltanı atıb camaatı şikəst etdi. Amma yenə də onu müdafiə etdik ki, ağsaqqaldır, Xalq artistidir.

Heç bir adı olmayan gənc vicdansızlar isə daha dəhşətdir. Bir az sosial şəbəkələrdə məşhurlaşıb sonra 8-10 minə toylara gedirlər”.

A.Vəziroğlu bəzi müğənnilərin fırıldağının üstünü açıb:

“Mən 61 yaşlı jurnalist şou-biznesin bəzi fırıldaqlarını təzə öyrənmişəm. Deməli, bu “məşhurlar” pul verib özlərinə adamlar tuturlar, sosial şəbəkələrdə özlərinə çoxlu bəyənmə alıb, şərhlər yazdırırlar. İnsanlarda elə təəssürat yaradırlar ki, sanki hər kəs onları sevir. Bu yaxınlarda bir müğənni deyir ki, ayda bunun üçün 1800 manat verirəm. Şou əhli bax belə şeylər üçün pul xərcləyir. Pul verib mahnılarını “YouTube”da trend edirlər, guya ki, bütün Azərbaycan bunları dinləyir. Mahnıların əksəriyyəti də bayağı və mənasız olur.

Bir dəfə mənasız mahnılar mövzusuna görə canlı efirdə Rüfət Nasosnu ilə qalmaqal yaşadım. Dedi ki, mahnım 1 milyon dəfə dinlənilib. Ona başa sala bilmədim ki, ay bədbəxt, yazdığın mahnının sözləri bərbaddır. Deyir “Bağışla, sevgilim, bağışla, səni gözlətdim yağışda”. Bu nə sözlərdir ki, hələ buna şeir də qoşursan?! Axı şeirin sözlərində bir məna olmalıdır. Bu şeir deyil, zırrama şeirdir, bunu hamı yaza bilər. Şeirin məğzi olmalıdır, amma çoxu bunu anlamaq istəmir. Kimin pulu varsa, ağzına gələni yazıb “trend”ə düşüb məşhurlaşır, vəssalam.

Bu müğənniləri başımıza mindirən də elə biz özümüz olmuşuq. Ləyaqətsiz adama verilişlərdə deyirlər ki, çox gözəl insansan. Bir də görürsən, Elgiz verilişinə gələn adamı tərifləməyə başlayır. Elə bilirsiniz, o adamlar efirə pulsuz gəlir? Elgiz onları havayı tərifləmir.

Ona Anar Vəziroğlu sərf eləmir. Səhv demişəm? Demişəm ki, onlardan pul alırsan, mənə də qonorar ver. Sənin villaların var, kef edirsən, Anar Vəziroğlu da gəlsin axşama kimi boğazını yırtsın, əsəblərini korlasın, axırda da çıxıb getsin evinə? Belə şey olarmı?”

DOĞRU.AZ

Seçilən
139
27
dogru.az

10Mənbələr