AZ

Öz-özünə və güzgü ilə danışmaqşizofreniyadır?

Çox insan öz-özü ilə danışır, hətta psixoloqlar güzgüyə baxıb danışmağı tövsiyə edir. Amma daim öz-özünlə xüsusən uca səslə danışmaq şizofreniyanın əlaməti də ola bilər.

Medicina.az xəbər verir ki, sağlam insanla şizofreniki fərqləndirmək üçün xüsusi əlamətlər var.

Psixoloq Darya Duqençova öz-özünlə danışmağın faydalarından danışıb.

“Əgər insan emosiyalarına nəzarət etmək, hər hansı aqressiyasını təklikdə çözmək üçün ucadan səsli bildirmək, öz hisslərindən və həyəcanından baş açmaq üçün bərkdən danışırsa bu normaldır. Bu ona həyəcanı, təşvişini azaltmağa kömək edir, özünə inamı artırır. İnsan bərkdən öz fikir və inancını ifadə edəndə, əslində kim nə olduğunu bir daha anlayır və özünü təsdiq edir. Amma əgər insan daim, hər gün, tez-tez və dayanmadan, hətta küçədə və adam arasında öz-özü ilə danışırsa, bu bir sıra psixi xəstəliklər, məsələn, şizofreniyanın əlaməti ola bilər. Bu halda hətta həmin insan özü hiss etməsə də, ailə üzvləri bunu sezib, həkimə müraciət etməlidirlər. Şizofreniya da genetik xəstəliklərdən biridir. Ağır psixi xəstəliklər erkən yetkinlik və gənc yaşlarda diaqnoz olunur. Şizofreniya və bipolyar pozuntular 40 yaşa qədər artıq başlayır, maksimum 40 yaşda da aktivləşə bilər. Amma 40-dan yuxarı və 50 yaşdan sonra ikl dəfə şizofreniya diaqnozu qoyulması təcrübədə yoxdur. Şizofreniya təkcə öz-özü ilə danışmaqla yox, digər əlamətlərlə də qoyulur”.

Aygün Musayeva
Medicina.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
medicina.az

3Mənbələr