Uels şahzadəsi Keyt Middlton kimyaterapiya kursunu bitirdikdən sonra ilk işgüzar görüşünü keçirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Bildirilib, görüş Vindzor qəsrində baş tutub. Tədbirdə Şahzadə Uilyamın xeyriyyəçi Kral Fondunun üzvləri iştirak ediblər. Uels şahzadəsi sonuncu dəfə ötən ilin dekabrında belə tədbirlərdə iştirak edib.
Lakin kral ailəsinin özü görüşün təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, bu ilin mart ayında Middltona xərçəng diaqnozu qoyulduğunu açıqlanmşdı.