AZ

İranın Livandakı səfiri peycer partladıqdan sonra gözünü itirib

İranın Livandakı səfiri Əməni peycerin partlaması nəticəsində ağır yaralanıb...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə istinadən məlumat yayıb. Qəzet yazır ki, İranın Livandakı səfiri Müctəba Əməni peycerin partlaması nəticəsində bir gözünü itirib və səfirin digər gözünə də ciddi zərər görüb.

Qəzetin mənbələrinin dediyinə görə, diplomatın yarası əvvəlcədən düşünüldüyündən də ciddi olub. O, müalicə üçün Tehrana göndərilib.

Qeyd edək ki, sentyabrın 17-də axşam saatlarında Livanda minlərlə peycerlər partladılıb. Partlayışlar nəticəsində ən azı 4 min adam yaralanıb. Ölkənin Səhiyyə Nazirliyi xəstəxanalarda fövqəladə rejim elan edib.

İlkin sübutlar göstərir ki, partlayışlar İsrail kəşfiyyat orqanlarının “Hizbullah” üzvlərinin peycerlərinə kiberhücum nəticəsində baş verib. Qapalı kanal vasitəsilə göndərilən mesajdan sonra qurğular partlayıb.

Poliqon.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
36
poliqon.info

10Mənbələr