AZ

Umayra Tağıyeva: "Azərbaycan dünyanın qəbul etdiyi yaşıl enerji layihəsinin əsas iştirakçısıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan dünyanın prioritet qəbul etdiyi yaşıl enerji layihəsinin əsas iştirakçılarındandır".
Oxu.Az xəbər verir ki, bunu 12-ci Beynəlxalq "Caspian Energy Forum"da ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, bu istiqamətdə işğaldan azad edilən ərazilərdə ekoloji bərpaya xüsusi diqqət yetirilir:
"Hazırda minlərlə hektar ərazidə meşəsalma tədbirləri həyata keçirilir. Həmçinin, bu ərazilərdə karbon neytrallığına diqqət yetirilir.
Bu baxımdan, qlobal iqlim dəyişikliyi ilə bağlı əsas müzakirə platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ev sahibliyi etmək böyük məsuliyyətdir. Ona görə də COP29 çərçivəsində uzun illərdir açıq qalan iqlim maliyyəsi razılaşması əldə olunmalıdır".
Mərahim Nəsib
Seçilən
181
36
oxu.az

10Mənbələr