Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Mərkəzi Bank uçot dərəcəsini yenidən 7,25% müəyyən edib. AMB faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.