2024-cü ilin ilk rübündən etibarən bahalaşan məhsullar arasında ət ilk sıralardadır.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, son bir neçə ayda isə bahalaşma daha da kəskin hiss edilir. Xüsusilə mal və qoyun ətinin qiyməti artıb.
Qəssablar isə deyir ki, qiymət artımı satışa təsir edib. Ötən ilə nisbətən indi daha az heyvan kəsilir.
Bölgələrdə də qiymət artımı Bakı ilə eynidir. Faktiki olaraq ətin qiyməti paytaxtla bölgələr arasında elə də fərq etmir.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ətin qiymətinin artımı təlabatın çoxluğu və heyvan yeminin qiymətlərinin artmasıdır. həmçinin maldarlığa olan marağın azalması da qiymətlərə təsir edir.
İqtisadçının sözlərinə görə, məhsulun azlığı, təlabatın isə çoxluğu davam edərsə, qiymətlərin artması gələcək aylarda da müşahidə ediləcək.
Daha ətraflı videomaterialda: