AZ

Şərur Uşaq Xəstəxanasında BÖYÜK OYUNLAR - İTTİHAM VAR...

Şərur"Şərur rayon Uşaq Xəstəxanasında BÖYÜK OYUNLAR çevrilir..." Dia-azİnfo xəbər verir ki, bu barədə yerli sakinlər giley edir. Narazı vətəndaşların sözlərindən belə aydın olur ki, sözügedən tibb ocağının rəhbəri Kəramət Şirinov özünün qanunsuz əməlləri ilə hər kəsi boğaza yığsa da, nədənsə əlaqədar qurumların diqqətini hələlik cəlb etməyib.ŞərurSakinlər yazır: "Şərur uşaq Xəstəxanasının baş həkim əvəzi vəzifəsini tutsa da, özünü əməlli-başlı "Xan dövrü"nün məmuru kimi aparır...Kəramət Şirinov xəstəxanaının şöbə müdiri ilə əlbir olaraq işçilərə çilə yaşadır. İşçilərin istirahət otağı ləğv edilib. Onlara hətta çay fasiləsi belə verilimir. Yox, məsələ onda deyil ki, xəstəxanada xəstə çoxdur və işçilərin başlarını qaşımağa belə vaxtları yoxdur...Məsələ ondadır ki, Kəramət Şirinov işçiləri bütün günü qanunsuz iməcliklərə cəlb edir. Narazılıq edənlər də təbii ki, iş yerlərini itirmək qo4rxusu ilə susurlar.Şirinovun şəriki olan şöbə müdiri rşüvət aldığına görə, bu günlərdə xəstəxanadan qovulmuşdu, amma sonradan sirrli şəkildə əvvəlki vəzifəsinə geri qaytarıldı...Hər halda, bu faktları gərəkən qurumlar araşdırsa, ortaya daha ciddi faktlar çıxar..."Məsələ diqqətimizdədir...

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
yenisoz.az

3Mənbələr