AZ

Azərbaycana payız gəlir

BAYRAQDAR MEDİA – Azərbaycana payız gəlir.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Bakı Dövlət Universiteti (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından daxil olub.Xəbərdə deyilir ki, “payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq. Bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq”.Qeyd edək ki, payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
49
bayraqdar.info

10Mənbələr