AZ

Nikol Paşinyandan gözlənilməz bəyanat: KTMT Ermənistanın təhlükəsizliyinə, onun mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “geri dönüş nöqtəsi”nə yaxın olduğunu deyib.

Onun sözlərinə görə, İrəvan KTMT-də iştirakını dondurub, çünki bu struktur respublikanın suverenliyinə təhlükə yaradır. “Biz KTMT-yə üzvlüyümüzü təkcə ona görə dondurmuşuq ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öz öhdəliklərini yerinə yetirmir. KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır”.

Editor.az xəbər verir ki, Paşinyan bu sözləri “İkinci Dünya Erməni Sammiti”ndə çıxışı zamanı deyib. Eyni zamanda, baş nazir əmin edib ki, Ermənistan nə Rusiya, nə də Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil. Avropa İttifaqı (Aİ) ilə ticarət dövriyyəsini artıracaq. Əgər respublikanın hakimiyyət orqanları Aİ-yə daxil olmaq üçün uyğun anı görsələr, bunu əldən verməyəcəklər, – Paşinyan vurğulayıb.
Xatırladaq ki, fevral ayında Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu bəyan edib. O, bildirib ki, Ermənistan bu il Aİ-yə daxil olmaq istəyir. İyul ayında Avropa İttifaqının xarici işlər nazirləri Ermənistana 10 milyon avroluq hərbi yardımın ayrılması qərarını təsdiqləyiblər.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
1
editor.az

2Mənbələr