AZ

Regionda təhlükəsizliyin qarantı

 Prezident İlham Əliyev: Antiterror əməliyyatı qaçılmaz idi”

 

44 günlük Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya aktını imzaladı. Azərbaycan bununla regionda sabitliyə və inkişafa öz töhfəsini verəcək növbəti tarixi imzasını atdı. Lakin Qarabağdakı separatçı qüvvələr buna mane olmağa çalışırdılar. Bu da regionda çox böyük təhlükə mənbəyi idi. Ermənistan rəhbərliyi isə bununla bağlı heç bir addım atmırdı. Müharibədən sonra Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi hər dəfə danışıqlardan boyun qaçırır, bununla da kifayətlənməyərək suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirirdi. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olundu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur. Buna görə də Azərbaycan Ordusu 19-20 sentyabr 2023-cü il tarixində lokal antiterror əməliyyatı keçirmək məcburiyyətində qalmışdır. Prezident İlham Əliyev 15 oktyabr 2023-cü il tarixində Xankəndi şəhərindən xalqa müraciətində deyib ki, antiterror əməliyyatı qaçılmaz idi: Azərbaycan xalqı yaxşı bilir və əminəm dünya ictimaiyyəti də yaxşı bilir ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirdik. On yeddi il ərzində mən şəxsən mənasız və nəticəsiz danışıqlarda dəfələrlə iştirak etmişəm. Nə üçün? Çünki hesab edirdim ki, bu məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq getdikcə ümidlər azalırdı. Ermənistanın işğalçı siyasətini bir daha təhlil edərək tam əminliklə bu gün deyə bilərəm ki, onlar bir qarış torpaq belə bizə qaytarmaq fikrində deyildilər. Əfsuslar olsun ki, bu məsələ ilə məşğul olmuş vasitəçilər faktiki olaraq münaqişəni dondurmaq istəyirdilər, münaqişəni əbədi etmək istəyirdilər. İstəyirdilər ki, bu yara heç vaxt sağalmasın. Azərbaycan xalqı və dövləti bu vəziyyətlə heç vaxt barışa bilməzdi. Mən dəfələrlə deyirdim ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”.

Antoterror əməliyyatından sonra Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunmuşdur. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilmişdir. Amma bu gün erməni lobbisi xaricdə Qarabağ mövzusunda yeni gündəm yaradıb. Azərbaycan diasporu buna qarşı fəaliyyət göstərmək üçün qarşısındakı hər hansı maneələri dəf etmək gücünə malikdir. Ayrıca Azərbaycan dövləti hər zaman diasporumuzun arxasındadır. Bunu Prezident İlham Əliyev dəfələrlə qeyd edib. Ən önəmlisi isə Qarabağ məsələsində dövlətimizlə diasporumuzun istək və tələbləri tam üst-üstə düşür. Nəzər almaq lazımdır ki, Ermənistan dövləti ilə erməni lobbisinin Qarabağ məsələsində hələ ki, maraqları bir-birini tamamlamır.

Təəssüf ki, Ermənistan tərəfi müxtəlif süni bəhanələrlə sülh prosesini ləngidir və pozur. Ermənistan sülh prosesi üçün Ai və ABŞ-ın vasitəçiliyinin təklif edir. Bunu isə heç bir halda Azərbaycana qəbul etmir. Çünki məhz elə bu kimi ölkə və təşkilatların vasitəçiliyinə görə Qarabağ münaqişəsi 30 ilə yaxın müddətdə uzanmışdır. Azərbaycan sülh təkliflərini Ermənistana təqdim edib. Və birbaşa, heç bir vasitəçi olmadan iki ölkə arasında danışıqların aparılmasında maraqlıdır.

Hazırda "Böyük qayıdış" proqramı sürətlə icra olunur. Proqrama uyğun olaraq tikindi işləri aparılır və insanlar öz ata baba yurdlarına qayıdırlar. Ümumiyyətlə Azərbaycanın Qarabağda apardığı quruculuq işləri dünya üçün bir modeldir. Artıq bunu bir çox beynəlxalq ekspertlər də dilə gətiriblər. İndiyə kimi heç bir dağıdılmış ərazilərdə belə yaşayış kompleksləri olmamışdır. Azərbaycan Qarabağı işğaldan azad etdiyi kimi Qarabağda apardığı bərpa işləri ilə özünün hərbi gücünü şəhər salma təcrübəsini göstərir. Azərbaycan bütün bu işləri öz büdcəsi hesabına edir. Bu ərazilərdə aparılan işlər ildən ilə daha da genişlənir əhalinin məşğulluğu üçün məşğuluq xidmətləri yaradılır. Ərazinin gələcək iqtisadi potensialı xüsusi nəzərə alınır.

Azərbaycan regionda təhlükəsizliyin qarantıdır. Ermənistan isə regionda sabitliyi pozmağa çalışır və danışıqlar prosesində qeyri-konstruktiv davranır. Ermənistanın son zamanlar Qərblə hərbi əməkdaşlığı gücləndirməsi sülh prosesinə əngəl yaradır. Bu bir daha göstərir ki, Ermənistan hələ sülh müqaviləsini imzalamağa, regional kommunikasiyaların açılmasına hazır deyil.

 

Nəbi Ağayev

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun

PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
4
news365.az

5Mənbələr