Rusiyaya işləmək üçün gedən miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaqlar.
Bizim.Media xəbər verir ki, Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi əmək miqrantları üçün rus dili imtahanına şifahi hissə əlavə edilməsi təklifini dəstəkləyib.
Aprel ayında Rusiyada təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmət ("Rosobrnadzor") iş icazəsi və ya patent almaq üçün müraciət edən əcnəbilər üçün rus dili imtahanının şifahi hissəsinin tətbiqi təşəbbüsünü məqsədəuyğun hesab etdiyini açıqlayıb.
Qeyd edək ki, indiyə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı-test formasında imtahan veriblər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta