AZ

Jurnalistin ölümündən sonra doğulan oğlu 1-ci sinfə getdi

Mərhum jurnalist Natiq Qədimovun onun öz adını daşıyan oğlu bu il 1-ci sinfə gedib.

Bu barədə Modern.az-a Natiq Qədimovun dostları bildiriblər.

Balaca Natiq Qədimov atasının ölümündən 6 ay sonra dünyaya göz açmışdı. Ona mərhumun adını yaşatması üçün Natiq adı verilib.

Jurnalist Natiq Qədimov 1976-cı ildə Bakıda anadan olub. Bakı Sənaye Kollecinin məzunu olub. ANS telekanalında, APA TV-də və digər mətbu orqanlarda çalışıb.

22 noyabr 2017-ci il tarixində qəfil ürəktutmasından vəfat edib. O, Maştağa kənd qəbristanlığında dəfn olunub.
Natiq Qədimovun adını daşıyan 6 yaşlı oğlu onun kinci evliliyindən doğulub. Mərhum jurnalistin ilk evliliyindən Nihad adlı bir oğlu da var.
 

A.Qorxmaz

Seçilən
74
1
modern.az

10Mənbələr