AZ

Arxasızıq, ona görə də Azərbaycanla... - Paşinyan üzgündür

Bu gün dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək heç bir ölkə və ya hərbi blok yoxdur.

Ölkə.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.

Paşinyan hesab edir ki, ümumilikdə proseslərə uzunmüddətli perspektivdən baxmaq lazımdır. "Hazırda qəbul etdiyimiz təhlükəsizlik arxitekturası, əslində, öz effektivliyini sübut edib. Bu məsələni nəzərdən keçirdikdə daha iki qavrayış qütbü yaranır: birincisi, silah, sursat, ordu və sair, ikincisi, xarici mühit, beynəlxalq aləm, dostlar, müttəfiqlər və s. İstəyirəm ki, məsələyə öz prizmamızdan baxaq. Təhlükəsizlik arxitekturamızın effektivliyini sübuta yetirdiyini deyəndə, ilk növbədə özümüzü nəzərdə tuturam. Bizim təhlükəsizlik anlayışımız belə idi ki, bölgədə bütün mümkün istiqamətlərdə, qapalı sərhədlərlə, gərgin münasibətlərlə münaqişələr ola bilər. Arxamızda dayanacaq uzaq və ya o qədər də uzaq olmayan müttəfiqlərimiz olacaq ki, biz bölgədə istənilən tonda danışa bilək. 

Bizim ağlımıza gəlmədi ki, müttəfiq müttəfiqdir, dost dostdur, amma bu ölkələrin hər birinin öz marağı var. Bu maraqlar kontekstində əgər doğrudan da erməni faktoru mövcuddursa, bu yer nə birinci dərəcəli, nə ikinci dərəcəli, nə üçüncü, nə də dördüncüdür. Bizim ağlımıza gəlmədi ki, yanaşmamızda konseptual qüsur var. Maraqlara gəlincə, bu ölkələr üçüncü ölkələrlə münasibətlərinə aydınlıq gətirmək üçün ilk növbədə bizdən nə istəyirlər və nə edəcəklər”, - Paşinyan bildirib.

O qeyd edib ki, təhlükəsizlikdən danışarkən təkcə silah-sursatdan  yox, həm də ətrafınla necə yaşamaq qaydalarından da danışılmalıdır. “Dünyada Ermənistanın təhlükəsizliyini təmin edə biləcək heç bir ölkə və ya hərbi blok yoxdur. Regionda sülh təmin olunarsa, Ermənistanın təhlükəsizliyini Ermənistan Respublikası təmin edə bilər”, -  Paşinyan qeyd edib.

Mürtəza
Ölkə.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
1
olke.az

2Mənbələr