Bakı. Trend:
Sentyabrın 28-də Bakıda boks üzrə İBA Çempionlar Gecəsikeçiriləcək.
Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan Boks Federasiyasının 100illiyi çərçivəsində Milli Gimnastika Arenasında təşkil olunacaqyarışda dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüş baştutacaq.
Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq. 51kq-da Avropa çempionumuz Nicat Hüseynov Con Zulueta (Filippin) iləüz-üzə gələcək. Dünya çempionatının mükafatçıları Sərxan Əliyevlə(71 kq) Məhəmməd Abdullayev (+92 kq) müvafiq olaraq, Monx-ErdeneUrançimeq (Monqolustan) və Kristian Salsedo (Kolumbiya) iləqarşılaşacaq.
İBA Çempionlar Gecəsində üçqat dünya çempionumuz MəhəmmədrəsulMəcidov (+92 kq) da rinqə çıxacaq. Onun rəqibi qazaxıstanlıNursultan Amanjolov olacaq.
Qeyd edək ki, İBA Çempionlar Gecəsi saat 18:00-da startgötürəcək.