Moskvanın mərkəzində “Wildberries” şirkətinin baş ofisində silahlı atışma baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət sahibi Tatyana Bakalçuk təsdiqləyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Xəsarət alanların vəziyyəti barədə məlumat yoxdur.