AZ

Paşinyan Zəngəzur dəhlizinin İran modeli ilə tikilməsini vəd edib

Hurriyyet.az "Vestnik Kavkaza" portalına xəbər verir ki, Ermənistan hakimiyyəti Azərbaycandan Naxçıvana İranın təklif elədiyi şərtlərə anoloji şəkildə yol verəcəyini bildirib. Bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 18-də, "İrəvan dialoqu" forumundakı çıxışı zamanı verib. Paşinyan Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat əlaqəsinin Ermənistan ərazisindən keçərək açılmasının mühüm addım olduğunu qeyd edib.

Xatırladaq ki, bundan bir qədər əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinə üçüncü qüvvələrin nəzarət etməsi ehtimalını istisna etmişdi.

Hürr Tərcüman

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
3
hurriyyet.az

1Mənbələr