Köln şəhərinin mərkəzində bir həftə ərzində ikinci dəfə partlayış baş verib.
Bir nəfər yüngül xəsarət alıb. Bu barədə “Kölner Stadt-Anzeiger” qəzeti polisə istinadən məlumat yayıb. Hadisə çərşənbə axşamı saat 05:00 radələrində geyim mağazasının yaxınlığında baş verib. Partlayış dalğasından süşələr qırılıb və mağazada yanğın olub. Polis partlayış yerindədir.
Polis hadisələrin bir-biri ilə əlaqəli olub-olmadığını hələlik təsdiqləməyib.
//Samir Qurbanov, Editor.az