Bakı. Trend:
Payızdan yaza doğru tez-tez qrip olmaq o deməkdir ki, həmin şəxsmövsüm ərzində qrip və/və ya digər kəskin respirator virusinfeksiyalarına (KRVİ) yoluxur. Bu, həmin şəxsin həyat tərzi,immunitetinin vəziyyəti və s. faktorlarla əlaqədar baş verəbilər.
Trend xəbərverir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqramsəhifəsində nazirliyin mütəxəssis-eksperti, infeksionist TəyyarEyvazov açıqlayıb.
Onun sözlərinə görə, bu infeksiyalar arasında qrip təhlükəliolduğuna və müxtəlif fəsadlar vermə imkanına görə birinci növbədəonun spesifik profilaktikası aparılmalıdır.
“Yəni, qripə qarşı vaksinasiya olunmaq lazımdır. Hazırda ölkədəbu cür vaksin Səhiyyə Nazirliyi tərəfindən gətirilərək, ambulatorxidmət göstərən müəssisələrə paylanılıb və ərazi üzrə müraciətetməklə bundan yararlanmaq olar. Bundan əlavə, hava-damcıinfeksiyalar üçün nəzərdə tutulan standart tədbirlərə ciddi riayətetməli, sağlam həyat tərzinə nail olmaqla özünü qorumaq olar”.