AZ

Nazim İmanovun iqtisadçılar komandası “Veysəloğlu”da olublar – Foto

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim İmanovun rəhbərliyi ilə iqtisadçı alimlərdən ibarət nümayəndə heyəti  Veysəloğlu Şirkətlər Qrupunu (VŞQ)  ziyarət edib.

Əvvəlcə onlar şirkətə aid Məhəmmədi  qəsəbəsindəki Logistika Mərkəzi və “Xonça” fabrikinin fəaliyyəti ilə yaxından tanış olublar. Sonra iqtisadçılara  “Veysəloğlu”,  “Araz” və “Oba”nın  ofisindəki iş şəraiti nümayiş etdirilib. Ardınca “Veysəloğlu” Şirkətinin ofisində şirkət rəhbərliyi ilə iqtisadçılar arasında qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlara şirkətin inkişaf dinamikası və gələcək perspektivləri ilə bağlı ətraflı təqdimat edilib. Qərara alınıb ki, ölkə iqtisadiyyatına daha böyük faydalar vermək üçün gələcəkdə İqtisadiyyat  İnstitutu ilə “Veysəloğlu” şirkəti arasındakı əməkdaşlıq davam etdirilsin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
8
tribunainfo.az

9Mənbələr