AZ

Abşeronda şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Bakı. Trend:

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu,Masazır qəsəbəsi, Masazır şosesi, ev 3A ünvanında fiziki şəxsHüseynov Elsevər Alim oğluna məxsus unlu və kremli qənnadıməmulatlarının istehsalı müəssisəsində planlı yoxlama aparıb.

Agentlikdən Trend-ə verilənməlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsindənormativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Müəssisədə texnoloji ardıcıllıq prosesinin pozulduğu,məhsulların saxlanma şəraitinə əməl edilmədiyi və etiketlənməsininaparılmadığı, sanitar qovşağın qapısının birbaşa istehsal sahəsinəaçıldığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digərnöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, məhdudlaşdırıcıtədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisədə unlu vəkremli qənnadı məmulatlarının istehsalı dayandırılıb, rəhbərliyibarəsində inzibati protokol tərtib olunub.

Məqalədə:
Seçilən
7
7
az.trend.az

7Mənbələr