AZ

Maykl Olisi buna görə ikinci fransalı oyunçu olub

"Bavariya" Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "Dinamo"nu (Zaqreb) darmadağın edib. Sport24.az xəbər verir ki, görüş münhenlilərin yarımmüdafiəçisi Maykl Olisin turnirdə debüt oyunu olub. Olis matçda iki qolla yadda qalıb.
 
O, bu göstəricidə 27 illik rekordu təkrarlayıb. Belə ki, Olis ÇL-də debüt oyununda dubl edən ikinci fransalı oyunçu olub. Bundan əvvəl 1997-ci ildə Tyerri Anri bunu bacarmışdı.
 
Olis bu yay "Kristal Pelas"dan "Bavariya"ya keçib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
sport24.az

1Mənbələr