Ermənistan İstintaq Komitəsi 7 nəfərə qarşı “hakimiyyəti qəsb etməyə cəhd” maddəsi ilə cinayət işi açıb.
İddia olunur ki, hərbi çevriliş hazırlamaq üçün bir qrup Ermənistan vətəndaşı və keçmiş separatçı rejimi təmsil edən mühacir Rusiyaya gedib.
“Kifayət qədər faktiki məlumatlar əldə edilib ki, Ermənistan Respublikasının vətəndaşları S.G, A.E, A.A, E.S, A.S, habelə “Dağlıq Qarabağ”ın keçmiş sakinləri A.M, A.S. və şəxsiyyəti hələ müəyyən edilməmiş şəxslər qrupun tərkibində hakimiyyəti qəsb etməyə hazırlaşmış, yəni zorakılıq tətbiq etməklə və səlahiyyətlərini mənimsəməklə Ermənistan Respublikasının hakimiyyətini qəsdən ələ keçirmək üçün şərait yaratmışlar”.
Editor.az bildirir ki, bu barədə “News am”a istinadən Ermənistan İstintaq Komitəsinin hesabatında deyilir. İddialara görə, təqsirləndirilən şəxslər bir sıra digər Ermənistan vətəndaşlarını və Dağlıq Qarabağın keçmiş sakinlərini ayda 220 min rubl mükafata çevrilişə cəlb ediblər. Onların Rusiyada 3 aylıq təlim-məşq toplanışı keçmək bəhanəsi ilə işə götürüldüyü iddia edilir. Onlar ağır silahların yeni növlərini idarə etmək üçün təlim keçməli, sonra öz ölkələrinə qayıtmalı olacaqdılar. Dörd təqsirləndirilən şəxs Rostova getmiş, oradan da başqa yerə aparılıblar. Sonradan həmin şəxslərə deyiblər ki, onların əsl məqsədi hazırkı hökuməti devirmək və “Ermənistan Respublikasını xilas etmək” olub. Bundan sonra bir neçə Ermənistan vətəndaşı silahlı çevrilişdə iştirakdan imtina edərək evlərinə gedib.
Məhkəmə üç nəfəri həbs edib. Dörd nəfər isə axtarılır. İstintaq Komitəsi cinayətkar qrupun digər üzvlərinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.
//Samir Qurbanov, Editor.az