Braziliya yığmasının sabiq futbolçusu Adriano vida matçı təşkil edəcəyini açıqlayıb.
Apasport.az "Mirror"a istinadən xəbər verir ki, 42 yaşlı keçmiş hücumçu "Flamenqo" (Braziliya) və "İnter" (İtaliya) komandaları arasında keçiriləcək oyunda iştirak edəcək.
Futbolçu karyerasını 8 il əvvəl başa vurmuş Adrianonun iştirak edəcəyi görüş dekabrın 15-də baş tutacaq. O, matç ərzində hər iki sabiq komandasının heyətində meydana çıxacaq.
Qeyd edək ki, "İmperator" ləqəbli futbolçu karyerası ərzində İtaliyada "Roma", "İnter", "Fiorentina", "Parma", Braziliyada "Korintians", "Flamenqo", "Atletiko Paranense" klublarının formasını geyinib. Adrianonun son iş yeri ABŞ-nin "Mayami Yunayted" klubu olub. O, Braziliya millisində meydana çıxdığı 48 oyunda 27 qola imza atıb.
"Əl Nəsr" Pioli ilə razılaşıb
Kenan Yıldız tarixə düşdü - Del Pyeronu kölgədə qoydu
"Roma"da De Rossi dövrü rəsmən başa çatdı
Herri Keyndən unikal nailiyyət
Modriç Çempionlar Liqasının tarixinə düşüb