AZ

Kreml sarayı yaxınlığında atışma - Ölən və yaralanlar var

Rusiyanın paytaxtı Moskva şəhərinin mərkəzində, Kreml sarayının yaxınlığında yerləşən "Wildberries" şirkətinin baş ofisində silahlı atışma olub.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, şirkətin rəhbəri Tatyana Bakalçukun həyat yoldaşı Vladislav Bakalçukun və bir qrup kişinin binaya buraxılmaması səbəbindən silahlı insident yaşanıb.

 

Nəticədə biri polis əməkdaşı olmaqla üç nəfər yaralanıb.

 

Şirkətdən bildirilib ki, Vladislav Bakalçuk mühafizəsi ilə birlikdə Moskvadakı "Wildberries" ofisinə qanunsuz daxil olmağa cəhd edib. Rəsmi qurumları məlumatına görə, silahlı atışma ilə bağlı 28 nəfər saxlanılıb. Şirkətin yerləşdiyi Romanov Dvor biznes mərkəzinə giriş bağlanıb, həmin küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 

"Wildberries"dəki mənbə şirkətin Romanov Dvor biznes mərkəzindəki ofisinin təhlükəsizlik xidmətinin əməkdaşının ofisi ələ keçirmək cəhdi zamanı öldürüldüyünü açıqlayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl Tatyana Bakalçuk əri Vladislavla boşanma prosesinin başlandığını açıqlamışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
0
2
modern.az

10Mənbələr